06.06.2024

"Qarabağ Universitetində təhsil almaq imkanından yararlana bilərsiniz." - Cəlilabad və Lerikdə məzunlarla görüş

Cəlilabad və Lerik rayonlarında cari tədris ilində ümumi təhsil məktəblərinin XI sinfini bitirərək buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərmiş məzunlarla görüş keçirilib.

 

Görüşdə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə qəbulla bağlı məlumat xarakterli təqdimat edilib. 2024–2025-ci tədris ilində fəaliyyətə başlayacaq universitetdəki üstünlüklər, tələbələr üçün yaradılan şərait və qəbul aparılacaq ixtisaslar haqqında geniş məlumatlar verilib.

 

Cəlilabad və Lerik rayonları üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər görüşdə iştirak ediblər. Sonda məzunları maraqlandıran suallar cavablandırılıb.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #QarabağUniversiteti #CəlilabadRayonuÜzrəTəhsilSektoru #LerikRayonuÜzrəTəhsilSektoru


Açar sözlər: ,  ,