01.06.2024

“Gənclər Paytaxtı Lənkəran 2024” çərçivəsində "İRS” layihəsinə start verilib.

Layihənin ilk görüşü Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, "Nömrə 1" Psixoloji İnkişaf Mərkəzinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

"Milli-mənəvi dəyərlər: Sabaha baxış” mövzusunda keçirilən tədbirdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Fərqanə Qasımova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, psixologiya üzrə fəlsəfə doktoru Könül Cəfərova və "Nömrə 1" Psixoloji İnkişaf Mərkəzinin rəhbəri Elvira Əzizova iştirak ediblər.

 

Layihənin məqsədi milli-mənəvi dəyərlərin ölkənin tanınmış simaları, incəsənət və mədəniyyət xadimlərinin vasitəsi ilə gənc nəslə çatdırılmasıdır. Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşı olduğu tədbirdə 250 nəfər iştirak edib.

 

#LənkəranAstaraRTİ #LənkəranAstaraRGİİ #İRS #SabahaBaxış #birkimibirlikdə #gəncləridman #azelargii


Açar sözlər: