Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, qazilər, təhsil işçiləri, rayon təhsil müəssisələrində təhsil alan şəhid övladları və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
RİH başçısı Rafiq Cəlilov çıxış edərək, balacaları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Uşaqların hüquqlarının qorunması, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Həmin siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək tədbir iştirakçılarını #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü münasibətilə təbrik edib və gələcəyimiz olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb.
Daha sonra Ümumilli lider Heydər Əliyevin uşaqlar ilə görüşlərindən hazırlanmış videoçarx nümayiş etdirilib. Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.
Sonda isə RİH başçısı Rafiq Cəlilov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Cəlilabad rayonu üzrə təhsil sektoru
#LənkəranAstaraRTİ #CəlilabadRayonİcraHakimiyyəti #CəlilabadRayonuÜzrəTəhsilSektoru #1iyun