29.05.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir. 

 

Monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.

 

İşdən azad olunub:

♦ Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

♦ Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

♦ Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru

♦ Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri

♦ Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri

♦ Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru

♦ Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru

♦ Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru

♦ Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru

 

Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:

♦ Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri

♦ Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru

♦ Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Töhmət verilib:

♦ Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru

♦ Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri

♦ Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

♦ Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru

♦ Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün 

xüsusi internat məktəbinin direktoru

♦ Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru

 

Yazılı xəbərdarlıq edilib:

♦ Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

♦ Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru

♦ Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru

 

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #monitorinq


Açar sözlər: ,  ,  ,