27.04.2024

Region üzrə çağırışaqədərki hazırlıq müəllimləri və şagirdlərlə görüş keçirilib.

Lənkəran və Masallıda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və Milli Müdafiə Universitetinin əməkdaşı, polkovnik-leytenant Pərviz Surətzadə region üzrə çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərlə görüşüblər.

 

Görüşdə Milli Müdafiə Universitetinin yaratdığı yeni və xüsusi imkanlarla müəllimlərimizi tanış etmək məqsədilə hərbi təhsil müəssisələri haqqında ətraflı təqdimatdan sonra təhsilverənlərin sualları geniş şəkildə cavablandırılıb, maraqlı diskussiya aparılıb.

 

Qeyd edək ki, müəllimlərlə görüşdən əvvəlki müxtəlif tarixlərdə aşağıdakı məktəblərin IX-XI sinif şagirdləri ilə görüş keçirilib:

♦ Masallı rayon Boradigah qəsəbə 2 nömrəli tam orta məktəb

♦ Masallı rayon Viləş kənd tam orta məktəb

♦ Masallı rayon Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəb

♦ Masallı rayon Yeddioymaq kənd 1 və 2 nömrəli tam orta məktəblər

♦ Masallı rayon Qasımlı kənd tam orta məktəb

♦ Astara rayon Artupa kənd tam orta məktəb

♦ Astara rayon Səncərədi kənd tam orta məktəb

♦ Astara rayon Alaşa kənd ümumi orta məktəb

♦ Astara rayon Züngüləş kənd ümumi orta məktəb

♦ Lerik şəhər inteqrasiya təlimi internat tipli gimnaziya

♦ Lerik şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblər

 

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut, Bakı/Gəncə/Naxçıvan Hərbi Kolleclərinə və Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul elan edir. Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

 

Sənəd qəbulu mərkəzlərinin regionumuzda yerləşən ünvanları aşağıdakı kimidir:

⇒ Lənkəran şəhər 1 nömrəli tam orta məktəb

(Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)

⇒ Cəlilabad rayonu üzrə təhsil sektorunun inzibati binası

(Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)

 

► Qəbul qaydaları ilə Milli Müdafiə Universitetinin rəsmi internet saytından ( www.mmu.edu.az ) tanış ola bilərsiniz.

 

#LənkəranAstaraRTİ #MilliMüdafiəUniversiteti #çağırışaqədərkihazırlıq #sənədqəbulumərkəzi