26.05.2024

Mirzə Şəfi Vazehin 230 illiyinə və Aleksandr Sergeyeviç Puşkinin 225 illiyinə həsr olunan rus dilində XVI Respublika Olimpiadası keçirilib.

Mirzə Şəfi Vazehin 230 illiyinə və Aleksandr Sergeyeviç Puşkinin 225 illiyinə həsr olunan rus dilində XVI Respublika Olimpiadası keçirilib.

 

Elm və Təhsil Nazirliyi, Rusiya səfirliyi və Rossotrudniçestvo əməkdaşlığı çərçivəsində keçirilən olimpiadanın yekun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində mükafatlandırılma mərasimi keçirilib. Olimpiada qalibi kimi təltif olunanlar arasında Lənkəran-Astara Regional Təhsil idarəsinin tabeliyindəki Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli tam orta məktəb-liseyin VII sinif şagirdi Hüseynli Xanoğlan Kamil oğlu da olub.

 

Qaliblərin mükafatlandırılması tədbirində Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Nikolayeviç, ictimaiyyət nümayəndələri, millət vəkilləri dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

 

Şagirdimizi təbrik edirik, uğurları davamlı olsun!

 

#LənkəranAstaraRTİ #ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #Olimpiada #MirzəŞəfiVazeh #AleksandrPuşkin


Açar sözlər: ,