26.05.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 128 məktəbli PISA 2025-in sınaq mərhələsinə cəlb olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 128 məktəbli PISA 2025-in sınaq mərhələsinə cəlb olunub.

 

Masallı rayonu Təzə Alvadı kənd 1 nömrəli və Masallı şəhər 3 nömrəli tam orta məktəbin seçmə üsulla müəyyən edilmiş şagirdlər PISA 2025 - Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsində iştirak edib.

 

Qeyd edək ki, PISA 2025-in sınaq mərhələsi Təhsil İnstitutu tərəfindən təşkil olunur. PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.

 

#LənkəranAstaraRTİ #EduAz #ARTİ #MÜTDA #İqtisadiƏməkdaşlıqİnkişafTəşkilatı #PISA2025 #SınaqMərhələsi