22.05.2024

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin zona mərhələsi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsinin zona mərhələsi keçirilib.

 

Festival-müsabiqə çərçivəsində münsiflər heyəti tərəfindən ifa, rəqs, təsviri incəsənət, dekorativ tətbiqi-sənət və dram nominasiyaları üzrə nümunələrə baxış keçirilib. Festival-müsabiqənin zona mərhələsində nominasiyalar və yaş qrupları üzrə I yerlərin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanıblar. Final mərhələsi, qaliblərin mükafatlandırılması və yekun tədbir 2024-cü ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək.

 

Qeyd edək ki, yaş qrupu və nominasiyalar üzrə I, II və III yerlərin qalibləri Elm və Təhsil Nazirliyinin fəxri fərmanı və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ZəfərMüsabiqəsi #ZəfərFestivalı