20.05.2024

Lənkəranda ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi ilə görüş keçirilib, "Bir Müəllimin Manifesti" təhsil proqramı haqqında məlumat verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir qrup pedaqoji heyətlə görüş keçirilib.

Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin baş məsləhətçisi Namiq Aslanov, ADA Universitetinin “Bir müəllimin manifesti” təhsil proqramının rəhbəri Ziya Mirzəyev, ümumi təhsil müəssisələrində çalışan direktor, direktor müavini və müəllimlər iştirak edib.

 

Görüşdə Ziya Mirzəyev çıxış edərək #BirMüəlliminManifesti təhsil proqramı haqqında ətraflı məlumat verib. O, layihənin məqsədi haqqında bildirib ki, sözügedən təhsil proqramı regionlardan olan müəllimlərin bilik və bacarıqlarını artırmaqla milli təhsil sisteminə dəstək olacaq və ABŞ-nin qabaqcıl təhsil təcrübəsindən faydalanaraq müəllimlərin peşəkarlığının artırılmasına, yeni əməkdaşlıqların və azərbaycançılıq ideyaları əsasında birləşən yeni nəsil müəllimlər şəbəkəsinin qurulmasına təkan verəcək. Görüşdə çıxış edən Namiq Aslanov təhsil proqramının üstünlüklərini vurğulayıb və region müəllimlərinin inkişafındakı əhəmiyyətindən danışıb. Sonda görüş iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.

 

Qeyd edək ki, 2021-ci ildən etibarən fəaliyyətə başlayan “Bir müəllimin manifesti” layihəsi ADA University tərəfindən təklif olunur və regionlardakı orta məktəblərin müəllim və direktorları üçün nəzərdə tutulub.

 

#LənkəranAstaraRTİ #ADAuniversiteti #təhsilproqramı #layihə