Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki 6 rayon üzrə 68 mərkəzdə keçirilən monitorinqdə 12000 nəfərə yaxın VI sinif şagirdi iştirak edib.
Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və müdir müavini Rəhim Rəhimov monitorinq prosesinin gedişatını izləyiblər.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Ötən gün isə dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib. İki gün ərzində baş tutan monitorinqlərdə 300 min nəfərə yaxın şagird iştirak edib.
#ETN #MÜTDA #ARTİ #EduAz #LənkəranAstaraRTİ #ÜmumiTəhsil #Monitorinq #IVSinifMonitorinq #VISinifMonitorinq