Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki 6 rayon üzrə 68 mərkəzdə keçirilən monitorinqdə 11588 nəfər IV sinif şagirdi iştirak edib.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
19 may tarixində isə dövlət ümumi təhsil müəssisələrinin VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq keçiriləcək. İki gün ərzində baş tutacaq monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub.
#ETN #MÜTDA #ARTİ #EduAz #ÜmumiTəhsil #Monitorinq #IVSinifMonitorinq #VISinifMonitorinq