15.05.2024

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibəyə start verilib.

Mayın 15-dən etibarən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələrə start verilib.

 

Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq, nəticəsi məqbul olmayan uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

 

Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, fikrə münasibət bildirir və fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, təklif edilən əşya, şəkil və hadisələr haqqında danışır) qiymətləndirilir.

 

Qeyd edək ki, müsahibə üçün qeydiyyatın 17 may 2024-cü il saat 18:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr 30 may 2024-cü il tarixinədək davam edəcək.

 

#LənkəranAstaraRTİ #EduAz #ÜmumiTəhsil #MÜTDA #birincisinfəqəbul