Quba şəhərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı folklor və rəqs festivalı keçirilib.
Festivalda ölkə ərazisində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri ilə yanaşı türkdilli ölkələr - Türkiyə, Qazaxıstan və Qırğızıstandan da nümayəndələr iştirak edib. Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, məktəbdənkənar təhsil və ümumtəhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Festival iştirakçısı olan kollektivlərin şagirdləri tərəfindən qonaqlara Azərbaycan və digər xalqların mədəniyyətinə aid müxtəlif çıxışlar təqdim olunub.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbər və əməkdaşlarına sertfikat təqdim olunub, iştirak edib yer tutan dərnək üzvlərinə isə diplom verilib:
Rəsm nominasiyası
16/20 yaş
♦ 1-ci yer - Əzimzadə Rüqəyya Mahir qızı (Lənkəran UGİM)
♦ 1-ci yer - İskəndərli Səməd İqbal oğlu (Yardımlı UGİM)
♦ 1-ci yer - İbadov Elmar Eldar oğlu (Cəlilabad UGİM)
♦ 2-ci yer - Xəlilov Məhəmməd Təyyar oğlu (Lerik UGİM)
♦ 2-ci yer - Əliyeva Fatimə Vidadi (Astara UGİM)
11/15 yaş
♦ 2-ci yer - Feyzullayeva Günəş Məhəmmədəli qızı (Masallı UGİM)
7/10 yaş
♦ 2-ci yer - Dadaşzadə Nuriyə Şahin qızı (Lerik UGİM)
Əl işi nominasiyası
16/20 yaş
♦ 2-ci yer - Qurbanova Zəhra Aqil qızı (Lənkəran UGİM)
♦ 3-cü yer - Tağıyeva Yağmur Fikrət qızı (Masallı UGİM)
Şagirdlərimizi təbrik edirik!
Rəqs, rəsm və yaradıcılıq nominasiyaları üzrə təşkil olunmuş festivalın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini uşaq və gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdır.
#LənkəranAstaraRTİ #QubaXaçmazRTİ #MənFəxrEdirəmKiAzərbaycanlıyam #HeydərƏliyev