29.04.2024

Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir.

Uşaqların elektron qaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi həyata keçirilir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 6 rayonda 54 alternativ qeydiyyat mərkəzi yaradılıb.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

 

Mərkəzlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz: https://shorturl.at/kwV38

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “http://mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.

Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin "146-0-5" nömrəli telefonuna zəng etmək mümkündür.

 

Qeyd edək ki, mayın 1-dən 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi http://www.mektebeqebul.edu.azelektron portalı vasitəsilə aparılacaq.

 

#LənkəranAstaraRTİ #MÜTDA #EduAz #BirinciSinfəQəbul


Açar sözlər: