27.04.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad və Masallı rayonlarında vətəndaş qəbulu keçirib.

Vətəndaş qəbulu zamanı işlə təmin olunma, direktor-müəllim münasibətləri ilə bağlı müraciətlər üstünlük təşkil edib.

 

İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar və geniş məlumatlar verib.

 

Vətəndaş məmnuniyyəti mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimizdəndir.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #VətəndaşQəbulu


Açar sözlər: