25.04.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lerik və Astara rayonlarında vətəndaş qəbulu keçirib. 

Vətəndaş məmnuniyyəti mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimizdəndir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lerik və Astara rayonlarında vətəndaş qəbulu keçirib.

 

Vətəndaş qəbulu zamanı işlə təmin olunma, məktəblərin təchizat və təmir məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil edib.

 

İdarə müdiri qəbulda iştirak edən vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar və geniş məlumatlar verib.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #VətəndaşQəbulu