15.04.2024

Şagirdimiz Bilalhəbəşi Nəzərov boks üzrə Avropa çempionu olub.

Astara rayonu Təngərüd kənd tam orta məktəbin XI sinif şagirdi Bilalhəbəşi Nəzərov bu dəfə Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə qitə birinciliyində 48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

 

Qeyd edək ki, şagirdimiz bu ilin fevral ayında Rumıniyada keçirilən “Drakula” beynəlxalq turnirində qızıl medal qazanmışdı.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #QızılMedal #AvropaÇempionu #boksüzrəyarış