Milli Müdafiə Universitetinin yaratdığı yeni və xüsusi imkanlarla şagirdlərimizi tanış etmək məqsədilə polkovnik-leytenant Pərviz Surətzadə Lənkəran, Masallı və Astara rayonlarında bir neçə məktəblərimizi ziyarət edib. Müəllim və şagird heyəti ilə görüşlər zamanı hərbi təhsil müəssisələri haqqında ətraflı təqdimatdan sonra məktəblilərin sualları geniş şəkildə cavablandırılıb.
Milli Müdafiə Universiteti 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut, Bakı/Gəncə/Naxçıvan Hərbi Kolleclərinə və Heydər Əliyev və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul elan edir. Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.
Sənəd qəbulu mərkəzlərinin regionumuzda yerləşən ünvanları aşağıdakı kimidir:
♦ Lənkəran şəhər 1 nömrəli tam orta məktəb
(Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)
♦ Cəlilabad rayonu üzrə təhsil sektorunun inzibati binası
(Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)
Qəbul qaydaları ilə Milli Müdafiə Universitetinin rəsmi internet saytından ( http://www.mmu.edu.azv ) tanış ola bilərsiniz.
#LənkəranAstaraRTİ #MilliMüdafiəUniversiteti #sənədqəbulumərkəzi