Ümumtəhsil müəssisələrinin rəqəmsallaşması təhsilverən və təhsilalanların tədris fəaliyyətlərinin izlənməsinə və data əsaslı hesabat verməyə şərait yaradır. Lerik şəhəri A.Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyində 2023-2024-cü tədris ilindən etibarən II, III, IV, V, VI və VII siniflərdə “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilir. Bu dərslərin keçirilməsi üçün 2 sinif otağı layihənin tətbiq olunması üçün lazım olan bütün texniki avadanlıqlarla tam təmin olunub. Belə ki, rəqəmsal sinif otaqlarının hər birinə 24 noutbuk verilib. Eyni zamanda, cari tədris ilində məktəb-lisey “Ağıllı məktəb” və “Elektron jurnal” layihəsinə cəlb olunub və bununla əlaqədar olaraq tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədilə hər bir şagird (məktəbəhazırlıq qrupu istisna olmaqla) planşetlərlə, pedaqoji heyət isə noutbuklarla təmin olunub.
Tədris aparılan bütün sinif otaqları (25 otaq) proyektor və digər texniki vasitələrlə təchiz olunub. Qeyd edək ki, 2021-2022-ci tədris ilindən STEAM layihəsi və peşə təmayüllü siniflərin fəaliyyəti həyata keçirilir. Cari tədris ilində STEAM dərsləri V, VI, VII və VIII sinifləri əhatə edir. Peşə təmayüllü sinif isə 2023-2024-cü tədris ilində 10b sinfində təşkil edilib və “IT HELP DESK” və “Aşpaz köməkçisi” ixtisasları tədris olunur. 2021-2022 və 2022-2023-cü tədris illərində “Xidmət profili” üzrə şagirdlərə “IT HELP DESK” , “Dərzi köməkçisi”, “Aşpaz köməkçisi” və “Qənnadıçı köməkçisi” sertifikatları verilib.
Rəqəmsal gələcəyə rəqəmsal təhsillə!
Daha ətraflı linkdə: https://www.facebook.com/watch/?v=1014314930306080
#LənkəranAstaraRTİ #RəqəmsalBacarıqlar #EduAz #MÜTDA #TəhsilTV #Lerik #AğıllıMəktəb #STEAM