07.04.2024

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 6 mərkəzdə təşkil olunub. Müsabiqədə 2064 nəfər şagirdimiz iştirak edib.

 

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

 

Müsabiqənin nəticələri ilə 17.04.2024-cü il tarixdən https://kenquru24.az saytında tanış ola bilərsiniz.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Kenquru #KBRM


Açar sözlər: