18.03.2024

"Şagirdlərin yaradıcılıq baharı" müsabiqəsinin qalibləri bəlli oldu.

"Şagirdlərin yaradıcılıq baharı" əl işləri müsabiqəsinin qalibləri artıq məlumdur:

Səsvermə 15 mart saat 23:59-da bitib və sonrakı bəyənmələr hesablanmayıb.

 

Qeyd edək ki, bəzi iştirakçılarımızın əl işlərinin fotosuna gələn bəyənmə saylarının müsabiqəmizin ümumi məqsədinə uyğun gəlməyəcək və qaydaları pozacaq formada artırılması halları ilə rastlaşdıq. Bu kimi hərəkətlərə yol verilən əl işlərinin bəyənmələri hesablanmadı.

 

Müsabiqədə Novruz bayramının tarixini, atributlarını, motivlərini və əhəmiyyətini özündə əks etdirən əl işləri (rəsm, toxuma, maket və s.) yarışdılar. #LənkəranAstaraRTİ tabeliyində olan təhsil müəssisələri yarışa qoşuldular və yalnız bir əl işi ilə müsabiqədə təmsil olundular. Ən çox bəyənməni qaydalar çərçivəsində toplayan 3 əl işinin müəllifi qalıb oldu.

 

#ŞagirdlərinYaradıcılıqBaharı əl işləri müsabiqəsində iştirak edən və reaksiya bildirən hər kəsə təşəkkür edirik, uğurlar arzulayırıq. 

 

#Novruz #müsabiqə #əlişləri


Açar sözlər: ,  ,  ,