17.03.2024

Cəlilabadda 400-dən çox məktəbli, 200-dən çox tələbənin iştirak etdiyi maarifləndirici tədbir baş tutdu.

Regiona baş tutan səfərin növbəti günündə Cəlilabadda şagird və tələbələrlə görüş keçirilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva 400-dən çox məktəbli, 200-dən çox tələbə ilə görüşüb.

 

Tədbirin keçirilməsində məqsəd peşə təhsilinə marağın artırılması, tam orta təhsil pilləsində tədrisin keyfiyyətinin yüksəldilməsidir. Bununla yanaşı, regionlarda pedaqoji ixtisaslara olan tələblərdən danışılıb, şagirdlərin peşə seçimi istiqamətində ümumi müzakirələr aparılıb.

 

#MÜTDA #EduAz #LənkəranAstaraRTİ #ADPU #ŞagirdlərləGörüş #TələbələrləGörüş #təlim #gəncmüəllim


Açar sözlər: ,