14.03.2024

“Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib.

“Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib. Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına start verilib.

İlk regional konfrans martın 14-də Lənkəranda təşkil olunub. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün keçirildi.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın məqsədi qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaqdır.

Konfransda Agentliyin direktor müavini Mehriban Vəliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Qazi Universitetinin müəllimi Necati Cemaloğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T–Network” platformasının rəhbəri Cəfər Mənsimi çıxış ediblər.

 

#MÜTDA #EduAz #LənkəranAstaraRTİ #ADPU #Konfrans #TəhsildəYeniÇağırışlar