Novruz mübarək qədəmləri ilə qapılarımızın astanasındadır. Bu gün isə İlaxır çərşənbələrdən 3-cüsü - Yel, hava çərşənbəsidir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.
Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.
Çərşənbəmiz mübarək!