08.03.2024

8 Mart - Beynəlxalq Qadınlar Günü.

Lənkəran rayonu üzrə təhsil sektorunun əməkdaşları üçün 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

 

Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində keçirilən tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bütün qadınları təbrik edib. O, çıxışı zamanı Azərbaycan qadının keçdiyi inkişaf yolundan və qadınların cəmiyyətdəki rolunun əvəzedilməz olduğundan danışıb. Bəhruz Mehdiyev Lənkəran rayonu üzrə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan şəhid ailə üzvü olan xanımları səhnəyə dəvət edərək onlara ehtiramını və təbrikini çatdırıb. Sonra çıxış üçün söz Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayevə verilib. O da öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, qadınlar nə qədər sevinirsə, xoşbəxtdirsə, həyatımız bir o qədər mənalı, dəyərli olur.

 

Tədbirin bədii hissəsində Haftoni qəsəbə tam orta məktəbin şagirdlərinin ifalarında müxtəlif və yaddaqalan ədəbi-bədii kompozisiyalar bayram ab-havası yaradıb, tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.

 

Əziz və dəyərli xanımlar, gününüz mübarək! 

 

#LənkəranAstaraRTİ #EduAz #SevginiGöstər #8Mart #BeynəlxalqQadınlarGünü


Açar sözlər: ,