06.03.2024

RFO-nun respublika mərhələsinin yarımfinal turunun nəticələri bəlli oldu.

Şagirdlərimizin hər birindən uğurlu nəticə gözləyirik. RFO-nun respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdən 37 nəfər şagird final turuna keçib.

 

Qeyd edək ki, Masallı rayonu Sığdaş kənd tam orta məktəb şagirdləri final turda iştirak hüququ qazanan ən yaxşı 10 ümumtəhsil müəssisələrinin siyahısındadır. Yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər http://office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #ARTİ #RFO #Yarımfinal


Açar sözlər: ,  ,