Bir ay ərzində Lənkəran-Astara Regional Məşğulluq filialının xidmət şöbələri tərəfindən verilmiş göndərişlər əsasında texniki vəzifələr üzrə 38 nəfər Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində işə təyin edilib.
Onlardan 3 nəfəri şəhid ailəsi üzvü, 4 nəfəri müharibə veteranı, 2 nəfəri müharibə veteranın ailə üzvü, 29 nəfəri isə aztəminatlı ailə üzvüdürlər.
Qeyd edək ki, bu il yanvar ayının 23-də Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə Lənkəran-Astara Regional Məşğulluq filialı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun məqsədi texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə işçilərin seçilməsi, onların rəsmiləşdirilməsi, eyni zamanda proses zamanı tərəflərin məsuliyyət və öhdəliklərinin müəyyən edilməsi məsələlərini asanlaşdırmaqdan ibarətdir.
#LənkəranAstaraRTİ #EduAz #DövlətMəşğulluqAgentliyi #Memorandum