27.02.2024

“Kənd şagirdləri üçün alternativ və bərpa olunan enerji mənbələri qurğularının qrafik prototiplərinin hazırlanması və qurğularla iş üzrə təlimlər” layihəsi uğurla icra olunur.

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olan “Kənd şagirdləri üçün alternativ və bərpa olunan enerji mənbələri qurğularının qrafik prototiplərinin hazırlanması və qurğularla iş üzrə təlimlər” layihəsi uğurla davam edir. Layihə Astara rayonu Vaqo kənd tam orta məktəbində icra edilir.

 

Peşəkar təlimçilər N.Tarverdiyev, H.Əlizadə tərəfindən keçirilən təlimlərdə şagirdlər bərpaolunan enerji növləri, külək və günəş enerjisi, hidroenergetika, geotermal energetika üzrə biliklər əldə ediblər. Həmçinin onlar alternativ və bərpa olunan enerji mənbələri qurğularının prototiplərinin hazırlanması üzrə qrafik bacarıqlar qazanıblar.

 

Şagirdlər təlimçilərlə birgə alternativ və bərpa olunan enerji qurğularını hazırlayıblar, onların hər biri qurğular üzərində praktiki olaraq işləməyi öyrəniblər. Hazırda məktəb külək turbini və günəş panelinin yaratdığı alternativ enerjidən istifadə edə bilir. Layihə rəhbəri məktəbin direktoru Q.Hüseynovadır.

 

Qeyd edək ki, layihə cari tədris ilinin oktyabr ayından icra olunmağa başlayıb.

 

#LənkəranAstaraRTİ #EduAz #YaşılDünyaNaminəHəmrəylikİli #Astara #təlim #təhsil


Açar sözlər: ,  ,  ,