26.02.2024

Qarabağ Zəfəri ilə qisası alınan Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsində təşkil olunan anım tədbirində ilk olaraq Xocalı faciəsi qurbanlarının timsalında torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası üçün öz canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Anım tədbirini çıxış nitqi ilə açan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Xocalı soyqırımını təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bildirib ki, Xocalı soyqırımına lazımi hüquqi qiymət Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini və Ali Baş Komandanın uğurlu siyasəti, eləcə də Müzəffər Ordumuzun əzmi sayəsində Böyük Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində Xocalı soyqırımı qurbanlarının qisasının döyüş meydanında alındığını vurğulayıb.

Tədbirdə həmçinin tarix müəllimi Əlisəfa Bünyadzadənin çıxışı və VIll sinif şagirdi Nuray Abbaszadənin "Ananın fəryadı" şeiri dinlənilib və Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilib.

 

#LənkəranAstaraRTİ #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly


Açar sözlər: