Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 623 nəfər şagird iştirak edib. Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.
#LənkəranAstaraRTİ #RFO #Yarımfinal #fənnolimpiadaları #təhsil