23.02.2024

Şagirdlərin təhlükəsizliyinə həsr edilən pedaqoji şuraların keçirilməsi davam edir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı təlimatının tələblərinə uyğun olaraq pedaqoji şuraların keçirilməsi davam edir.

 

Pedaqoji şuralarda məktəb rəhbərlikləri, müəllimlər, psixoloqlar, Rayon Polis Şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektorları və valideynlər iştirak edirlər.

 

Qeyd edək ki, pedaqoji şuraların keçirilməsinin əsas məqsədi şagirdlərin təhlükəsizliyi ilə əlaqəli tədbirləri artırmaq, onların pis vərdişlərdən uzaq olması üçün müxtəlif maarifləndirmə işlərini həyata keçirtmək, məktəblərdə psixoloji xidməti artırmaq, şagird davranış qaydalarının tətbiqini genişləndirmək, məktəblərdə sağlam mühitin yaradılmasına, həmçinin müəllim, valideyn və cəmiyyətin təhsil prosesində birgə iştirakına nail olmaqdan ibarətdir.

 

#LənkəranAstaraRTİ #EduAz #TəhlükəsizlikTədbirləri #Şagird #PedaqojiŞura

 


Açar sözlər: ,  ,  ,