23.02.2024

“Qarabağ” futbol klubunun möhtəşəm uğuru hər birimizi qürurlandırır.

“Qarabağ” futbol klubunun tarixi qələbəsində payı olan Nəriman Axundzadə və Toral Bayramov müvafiq olaraq Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbLənkəran rayonu M.Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbin məzunlarıdır.

 

Həm sizinlə, həm də “Qarabağ”la fəxr edirik! 

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının “play-off” mərhələsinin ilk oyununda səfərdə “Braqa”ya 4:2 hesabı ilə qalib gəlib. Bakıdakı cavab qarşılaşması dramatik alınıb. Görüşün əsas vaxtı yekunlaşanda ümumi hesab 4:4 olduğu üçün əlavə vaxta ehtiyac duyulub. 56-cı dəqiqədən etibarən azlıqda qalan “Qarabağ” 120+2-ci dəqiqədə Nəriman Axundzadənin qolu ilə son nöqtəni qoyub. Ağdam təmsilçisi bu matçda 2:3 hesabı ilə uduzsa da, ümumi hesabda 6:5 qalib gələrək 1/8 finala adlayıb və futbol tariximizdə ilkə imza atıb.

 

#LənkəranAstaraRTİ #Qarabağ #qarabaghfc #EduAz #futbol


Açar sözlər: ,  ,  ,  ,