22.02.2024

Məktəb rəhbərləri ilə təhlükəsizliklə bağlı maarifləndirici görüşlər keçirilib.

Cəlilabad, Astara, Lerik, Yardımlı, Masallı və Lənkəranda keçirilən görüşlərdə məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə müzakirələr aparılıb. Görüş zamanı təmir-tikinti və təchizatla bağlı problemlər müzakirə edilib, həmçinin "Təhsildə gigiyena qaydaları", "Şagirdlərin və işçi kollektivinin təhlükəsizliyinin təmin edilməsi" və "Məktəblərdə yanğın təhlükəsizliyi" mövzuları ətrafında diskussiyalar aparılıb. Görüləcək işlər barədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi tərəfindən görüş iştirakçılarına ətraflı məlumat verilib.

 

Keçirilən tədbirlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi də iştirak edib və fövqəladə hallarla bağlı təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

 

#LənkəranAstaraRTİ #FHN #EduAz #təhlükəsizlik #görüş #məktəb #təhsil


Açar sözlər: ,