21.02.2024

Bu gün Beynəlxalq Ana Dili Günüdür.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Ana dilimizi sevmək, ondan doğru istifadə etmək və zənginliyini, gözəlliyini qorumaq hər birimizin borcudur.

 

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində önəmli bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

 

Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

 

► Əlamətdar günlə bağlı hazırladığımız videoçarxı bu linkə daxil olaraq izləyə bilərsiniz: https://youtu.be/9KV5YJbVvak

 

#LənkəranAstaraRTİ #AnaDili #AzərbaycanDili #məktəb #təhsil #beynəlxalqanadiligünü #lənkəranastararegionaltəhsili̇darəsi


Açar sözlər: ,  ,  ,  ,