19.02.2024

TALIS 2024-ün Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğusu yekunlaşıb.

Ölkəmizdə ilk dəfə olaraq TALIS 2024-ün əsas mərhələsi təşkil olunub.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən Astara, Cəlilabad, Masallı, Lənkəran və Lerik rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu sorğuda iştirak edib.

Beynəlxalq sorğu 55-ə yaxın ölkədə keçirilməklə müəllim və məktəb direktorlarının peşəkar inkişafı, eləcə də onların təhsilə dair yanaşmalarını anlamaq, iş, tədris təcrübələrinin qiymətləndirilməsi kimi məsələləri tədqiq etmək məqsədilə təşkil olunur.

 

TALIS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 5 ildən bir keçirilir.

 

#LənkəranAstaraRTİ #EduAz #Müəllim #TALIS2024 #Sorğu


Açar sözlər: ,