Fevralın 5-də Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin iştirakı ilə Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüş zamanı qəzalı vəziyyətdə olan təhsil müəssisələrinin tikintisi, təmiri və bu sahədə alternativ imkanların araşdırılması, təhsil müəssisələrində vakant olan texniki, yardımçı-pedaqoji və digər heyət üzrə işə qəbul qaydaları, şagirdlərin yerdəyişməsi və siniflərin komplektləşdirilməsi, elektron sistem üzərindən bağçalara qəbul edilmiş uşaqların qruplaşdırılması, tədrisin keyfiyyətinin artırılması və digər məsələlər müzakirə edilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.