Fevralın 5-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəran rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri və rayon təhsil sektorunun əməkdaşları ilə görüş keçirib.
Görüş zamanı illik hesabatların hazırlanma mexanizmləri, xüsusi hallar, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi mövzularında müzakirələr aparılaraq təkliflər dinlənilib. Sonda müəssisə rəhbərlərinin sualları idarə müdiri tərəfindən cavablandırılıb.