Fevralın 2-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri və rayon təhsil sektorunun əməkdaşları ilə görüş keçirib. Görüş zamanı keçən tədris ili üzrə buraxılış imtahanlarının nəticələri müzakirə edilib, mövcud problemlərin həll edilməsi istiqamətində müzakirələr aparılaraq təkliflər dinlənilib.
Sonda müəssisə rəhbərlərinin sualları idarə müdiri tərəfindən cavablandırılıb.