02.02.2024

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Fevralın 1-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, müəllimlər, fəal gənclər və könüllülər iştirak ediblər.

 

Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Tədbirdə regionun ictimai həyatında fərqlənən gənclər, həmçinin də gənc təhsil işçiləri təltif olunublar.

 

Tədbirin bədii hissəsində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin V sinif şagirdləri ifasında “Can Azərbaycan” mahnısı, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aysel Əliyevanın ifasında “Qaval” rəqsi və Lənkəran rayonu Şilavar kənd tam orta məktəbin IX sinif şagirdi Fatimə Ağazadənin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

 


Açar sözlər: