29.01.2024

“Təhsillə zirvəyə” adlı intellektual bilik yarışı keçirilib.

Yanvarın 29-da haqq savaşında sinifdən səngərə uzanan yolu şəhadəti ilə taclandıran şəhid müəllimlərin - Emil Qurbanov və Etiram Hüseynovun əziz xatirələrini şagirdlərin yaddaşında əbədi yaşatmaq məqsədi ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin ümumtəhsil müəssisələrinin 8-10-cu sinif şagirdlərindən ibarət yığma komandalar arasında “Təhsillə zirvəyə” adlı intellektual bilik yarışı keçirilib.

 

İntellektual bilik yarışında Astara rayonu-“Cənub mirvarisi”, Cəlilabad rayonu-“Bozqurd”, Lerik rayonu-“Şanlı Azərbaycan”, Lənkəran rayonu-“Mübariz”, Masallı rayonu-“Patriot”, Yardımlı rayonu-“Zəfər” komandası ilə təmsil olunub.

 

Bilik yarışı 3 mərhələdə təşkil olunub. Yarışın yekun nəticəsinə görə Cəlilabad rayonu üzrə “Bozqurd” komandası IV yerə, Yardımlı rayonu  üzrə “Zəfər” komandası III yerə, Astara rayonu üzrə “Cənub mirvarisi” komandası II yerə və Lənkəran rayonu üzrə “Mübariz” komandası I yerə layiq görülüb.

 

Maraqlı və gərgin mübarizə şəraitində davam edən bilik yarışında qalib komandalara Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri və şəhid müəllimlərin həyat yoldaşları tərəfindən qalib komandalara fəxri fərmanlar və medallar təqdim olunub.


Açar sözlər: ,