11.01.2024

Ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin mükafatlandırılma tədbiri keçirilib.

Yanvarın 11-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin mükafatlandırılma tədbiri keçirilib.

 

Mükafatlandırılma tədbirində müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 42 şagird və müəllim iştirak edib:

 

- "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı"na layiq görülən müəllimləri;

 

- Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsinin qalibləri;

 

- Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinin qalibləri təltif olunub.

 

Tədbirin bədii hissəsində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin V sinif şagirdləri ifasında “Zəfər” mahnısı, Cəlilabad rayonu Hamarqışlaq kənd tam orta məktəbinin VI sinif şagirdi Kərimzadə İbrahim Əfqan oğlu və Cəlilabad rayon Uşaq İncəsənət məktəbinin müəllimlərinin ifasında "Heyratı" ritmik muğamı, Lənkəran şəhər V.Əliyev adın 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Nəsirov Məhdi Məmməd oğlunun ifasında “Xudayar təsnifi”, Lənkəran rayonu Bəliton kənd tam orta məktəbinin VII sinif şagirdi Ağayev Səid Rüfət oğlunun ifasında isə “Sarı bülbül” Azərbaycan xalq mahnısı səsləndirilib.

 

Tədbirdə iştirak edən qonaqlara təşəkkürümüzü bildirir, şagird və müəllimlərimizə gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.


Açar sözlər: