Dekabrın 29-da Astara, Cəlilabad, Lənkəran, Lerik və Yardımlı rayonları üzrə ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili (dövlət dili kimi), riyaziyyat, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili müəllimlərinin iştirakı ilə 2024-cü ildə keçirilməsi nəzərdə tutulan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları ilə bağlı məlumatverici görüş keçirilib.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib, bir sıra müzakirələr aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, rayonlar üzrə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşlər davam edir.