20.12.2023

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Bəhruz Mehdiyevin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, RTİ əməkdaşları, sektor müdirləri iştirak ediblər.

 

Eşqi Bağırov təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. O, Bəhruz Mehdiyevi təyinatı münasibətilə təbrik edərək, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində çalışan təhsil işçiləri ilə birlikdə ölkənin təhsil  siyasətinin həyata keçirilməsində uğurlar arzulayıb.

 

Sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov otaqlara baxış keçirib və RTİ əməkdaşlarının iş şəraiti ilə tanış olub.