Dekabrın 19-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş futzal idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən sektorların əməkdaşlarından ibarət yığma komandaları arasında keçirilən turnirin mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov və idarənin əməkdaşları, komanda rəhbərləri, üzvləri və futzal üzrə oyunları idarə edən hakimlər iştirak edib.
Yarışın yekun nəticəsinə görə Lənkəran komandası I yerə, Cəlilabad komandası isə II yerə layiq görülüb.