19.12.2023

"Məktəblinin dostu" layihəsinin icrasına başlanılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli və 10 nömrəli, Masallı şəhəri 1 nömrəli və 3 nömrəli, Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəblərdə "Məktəblinin dostu" layihəsinin icrasına başlanılıb.

 

Layihə çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunur, "Mühafizə və təhlükəsizlik qaydaları", “Uğurlu peşə seçimi”, "Məktəblinin sağlam qidası", “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Zərərli vərdişlərə son”, “Tütündən istifadənin zərərləri”, “İlk yardım və ilkin psixoloji yardım”, “Narkomaniya ilə mübarizə”, “İnsan hüquqları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, “Məqsədli karyera” və digər mövzularda təlimlər keçirilir.

 

Qeyd edək ki, Elm vəTəhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi 2016-cı ildən fəaliyyət göstərir.

 

Məktəblinin dostlarının əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik  işlərin aparılmasıdır.


Açar sözlər: ,  ,