08.12.2023

Məktəblilərimiz Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) 2023-ün qalibi olublar.

5-8 dekabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) 2023-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət olan 1 komanda qızıl, 2 komanda gümüş, 1 komanda bürünc medala layiq görülüb və digər komandalar müxtəlif nominasiyalar üzrə qalib olublar.


Qeyd edək ki, SAF 2023-ə Lənkəran-Astara RTİ üzrə 9 müxtəlif kateqoriya üzrə 11 komandadan, ümumilikdə 26 nəfər şagird qatılıb.


Qalib komandaları Sizlərə təqdim edirik:


Qızıl medal - FİRST LEGO League Challenge kateqoriyası üzrə mentor Raya Ağayeva və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin “URP” komandası
Gümüş medal - Wings & Wheels kateqoriyası üzrə komanda rəhbəri Aynur Məmmədova və Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin “FAST and FURIOUS” komandası
Gümüş medal – Boat Racing kateqoriyası üzrə komanda rəhbəri Nemət Abdullayev və Masallı rayonu Banbaşı kənd tam orta məktəbin “Saturn” komandası
Bürünc medal - Mechatronics kateqoriyası üzrə komanda rəhbəri Şəhanə Heydərova və Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin “No name” komandası

ATTRACTIVE TEAM nominasiyası - VEX V5 kateqoriyası üzrə komanda rəhbəri Gülnarə Aslanova və Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbin "Hirkan Team" komandası

Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edən və qalib olan bütün şagirdləri təbrik edir və hər birinə uğurlar arzulayırıq!


Açar sözlər: ,