Noyabrın 14-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov 2023-2024-cü tədris ilində Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlamış gənc müəllimlərlə görüş keçirib.
Görüş zamanı müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimlərin etik davranış qaydaları, sinfin idarə olunması və s. mövzularda söhbətlər aparılıb, müəllimlərin təklifləri dinlənilib.