Şura iclasında Qumbaşı və Tatova kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin monitorinqinin nəticələri, Çay fabriki qəsəbə, Xanbulan,Xarxatan, Tüədo kənd tam orta,Türkəkəran kənd ümumi orta məktəblərində məktəb sənədlərinin aparılması vəziyyətinin monitorinqinin nəticələri, şəhər 5, 7 №-li, Liman şəhəri 1 №-li, Separadi kənd tam orta və Şilavar kənd ümumi orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilinin təşkili vəziyyəti monitorinqinin nəticələri və şəhər 10 №-li tam orta məktəbinin texnologiya müəllimi Quliyeva Vüsalə Vaqif qızının qabaqcıl iş təcrübəsi haqqında məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.
Şura iclasında cari məsələlər və Təhsil Nazirliyinin təlimati məktubları barədə ŞTŞ- nin müdiri Ş. Əhmədova, müdir müavini G.Bağırov və aparıcı məsləhətçi A.Aslanov məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.