Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Lənkəran-Astara regionu üzrə 19 layihə qalib olub.
Layihələrdən 5-i məktəb, 14-ü isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən dördü Astara rayonu üzrə, üçü Cəlilabad rayonu üzrə, səkkizi Lənkəran rayonu üzrə, ikisi Lerik rayonu üzrə, biri Masallı rayonu üzrə, biri isə Yardımlı rayonu üzrədir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.