13.07.2023

Açıq qapı günü keçirilib.

İyulun 13-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış təhsilverənlərlə yeni tədris ilində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı açıq qapı günü keçirilib.

 

Görüşdə ümumi təhsil müəssisələri üzrə çalışmanın yaş həddinə çatmış təhsilverənlərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları izah olunub, mövzu ilə bağlı ünvanlanan suallar və müraciətlər məsul şəxslər tərəfindən cavablandırılıb.

 

Ümumilikdə 18 vətəndaş İdarənin məsul şəxsləri tərəfindən qəbul olunub.